Şuşada Milli Məclisin dinləməsi keçirilib
05.07.2022 20:13

İyulun 5-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusuna həsr edilmiş birgə dinləməsi keçirilib.

 

Dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqindən keçən dövr ərzində görülən işlər, qarşıya çıxan çətinliklər, əldə olunan nəticələr barədə söz açıb. O, ötən müddət ərzində göstərilən tibb xidmətlərinin əhatə dairəsi, kəmiyyəti barədə statistik göstəriciləri açıqlayıb.

 

Zaur Əliyev icbari tibbi sığorta zərfinin əhatə dairəsinin genişləndirilməsindən və agentliyin tabeliyindəki müəssisələrdə kadr potensialının artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda dayanan vəzifələrdən danışıb.

 

Tədbirdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşa şəhərində keçirilməsini Azərbaycanın dövlətçilik və qanunvericilik ənənələrinin Şuşada davam etdirilməsi baxımından önəmini vurğulayıb, bu tədbirlərin mənəvi, siyasi əhəmiyyətinə toxunublar.

 

Komitələrin sədr müavinləri Rəşad Mahmudov və Məlahət İbrahimqızı, deputatlar İlham Məmmədov, Jalə Əliyeva, Kamilə Əliyeva, Vüqar Bayramov, Sədaqət Vəliyeva, Arzu Nağıyev, Soltan Məmmədov, Müşfiq Məmmədli, Sevinc Hüseynova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib