Elmi-Tədqiqat Kardiologiya İnstitutunun növbəti iclası keçirilib
04.07.2022 15:00

İyul ayının 4-də akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun növbəti iclası keçirilib.


Gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edən institutun direktoru, t.e.d., professor Gülnaz Dadaşova bildirib ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi prioritet məsələlərdəndir. Direktorun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmət səviyyəsinin yüksəlməsinə imkan yaradır.

 

G.Dadaşova, həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu istiqamətdə gördüyü işlər haqqında danışaraq qeyd edib ki, ölkəmizdə tibbi xidmətlərə əlçatanlığın artırılması və keyfiyyətin yaxşılaşdırılmasına dair qurumlar tərəfindən mühüm işlər görülür.

 

İclasda Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Farmakonəzarət üzrə mütəxəssisi Nuranə Qəribova “Farmakonəzarətin həyata keçirilməsi” mövzusunda təqdimatla çıxış edib.


Məruzəçu qeyd edib ki, Azərbaycanda dərmanların təhlükəsizliyi sahəsində bir sıra tədbirlər görülüb, əhəmiyyətli addımlar atılıb və farmakonəzarət sistemi formalaşdırılıb.

 

Onun sözlərinə görə, TƏBİB-in təşəbbüsü ilə dövlət tibb müəssisələrində farmakonəzarət sisteminin təşkil edilməsinin də əsas məqsədi məhz dərman preparatlarının farmakoloji effektivliyini daim nəzarətdə saxlamaq və dərman vasitələrinin təhlükəsiz istifadəsini təmin etməkdir. Bu tibbdə keyfiyyət standartlarının tətbiq edilməsi üstünlüklərindən biridir.

 

Nuranə Qəribova bildirib ki, fayda və risk nisbətlərinin sistemli şəkildə izlənilməsi, bu məqsədlə məlumatların toplanılması, qeydiyyata alınması, qiymətləndirilməsi, arxivləşdirilməsi, tərəflər arasında əlaqələrin qurulması və dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlərin görülməsi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət sektorunun fəaliyyətlərinin əsasını təşkil edir.

 

Daha sonra gündəlikdə duran digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib