“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Əməkdar həkim Elçin İsayev
04.07.2022 14:11
Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 
 
Rubrikada bu dəfə Nərimanov Tibb Mərkəzinin həkim-qastroenteroloqu, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Elçin İsayev haqqında məlumatları təqdim edirik.
 

Elçin Həmid oğlu İsayev 1952-ci ildə Gəncə şəhərində anadan olub. 1969-1975-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.

 

O, 1984-cü ildə dissertasiya işini uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb, 1986-cı ildə "Baş elmi işçi" diplomuna layiq görülüb. SSR-i Səhiyyə Əlaçısı olub.

 

Elçin İsayev 1975-ci ildən 5 nömrəli Xəstəxananın mədə-bağırsaq həkimidir. Burada işlədiyi 47 ilin 28 ilini o, Qastroenteroloqiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Alim 80-dən çox elmi işin müəllifidir. Onun elmi məqalələri müxtəlif ölkələrin nüfuzlu jurnallarında çap olunub.

 

O, səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə ölkə Prezidenti İlham Əliyevin 16 iyul 2022-ci il tarixli sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub