Azərbaycanlı həkim Venesiya şəhərində 22-ci Avropa Venoz Forumunda iştirak edir
02.07.2022 15:05
Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov 30 iyun-2 iyul 2022-ci il tarixlərində İtaliyanın Venesiya şəhərində 22-ci Avropa Venoz Forumunda iştirak edir. Hazırda dünyada çox böyük reytinqi olan Avropa Venoz Forumu öz sıralarında nəinki Avropanın, həmçinin Azərbaycan, Amerika, Yaponiya, Avstraliyanın və digər ölkələrin damar cərrahlarını birləşdirib.
 
Aztibb.az-a bu barədə Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
 
Bildirilib ki, forumda flebologiyanın bütün sahələrində olan son yeniliklər, varikoz xəstəliyi, tromboz və tromboflebitlər, onların profilaktikası, müalicə üsulları, vaxtında diaqnostikası, müasir müalicə üsullarının müqayisəli analizi və hər bir metodun aspektləri müzakirə olunur. Həmçinin, dünyanın məşhur aparıcı damar cərrahları tərəfindən damarların varikoz genişlənməsində, dərin venoz trombozda, pulmonar tromboemboliyada, posttrombotik sindromda konservativ, cərrahi və endovenoz müalicə üsulları barədə təqdimatlar edilir. Forumun sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib