Sumqayıt Tibb Mərkəzində növbəti maarifləndirici seminar keçirilib
02.07.2022 10:12
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 nömrəli şəhər xəstəxanasının Poliklinika şöbəsində növbəti maarifləndirici seminar keçirilib.
 
Aztibb.az xəbər verir ki, “Diabetik retinopatiya” mövzusuna həsr olunmuş bu dəfəki seminarda poliklinikanın həkim-oftalmoloqu Nailə Hüseynova geniş təqdimatla çıxış edib.
 
N.Hüseynova bildirib ki, diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir.
 
Qeyd olunub ki, retinopatiya şəkərli şəхslərdə görmənin aşağı düşməsinin əsas səbəbidir. Vurğulanıb ki, diabetik retinopatiya zamanı dəyişikliklər hər iki gözdə baş verir.
 
Qanda yüksək şəkəri olan хəstələrdə, eləcə də yüksək qan təzyiqi olanlarda diabetik retnopatiya daha sürətlə inkişaf edir: “Hamiləlik zamanı diabetik retnopatiyanın inkişafı tezləşə bilər. Buna görə hamiləlikdən əvvəl və hamiləlik dövrü ərzində göz həkimi tərəfindən göz dibi yoхlanılmalıdır”.
 
N.Hüseynova diabetik retinopatiyanını aşkar edilməsi üçün tətbiq olunan müayinə üsullarından və xəstəliyin müalicə yollarından danışıb. Müalicədə məqsəd gözün görməsini sabitləşdirmək, yəni görmənin daha da pisləşməsinin qarşısını almaqdır.
 
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda həkimləri maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, seminarda Sumqayıt Tibb Mərkəzinin direktor müavini İlkin Namazov da iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub