Meymunçiçəyi xəstəliyinin ağır gedişatına görə risk faktorları müəyyən edilib  
01.07.2022 18:00

Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokolunda xəstəliyin ağır gedişatına görə risk faktorları müəyyən edilib.

 

Protokolda qeyd olunub ki, ağır hallar daha çox uşaqlar arasında rast gəlir, virus yükü, pasiyentin ümumi sağlamlıq vəziyyəti və ağırlaşmaların xarakteri ilə əlaqədardır.

 

Sənəddə bildirilir ki, dərin immunçatışmazlıq daha ciddi nəticələrə səbəb ola bilər. Həmçinin, hamilələr, atopik dermatit, ekzema və digər dəri xəstəlikləri olanlar daha yüksək ağırlaşma və ölüm riski altında ola bilərlər. Tibb işçiləri də virusla daha uzun müddət təmas etdiklərinə görə daha yüksək risk altındadırlar.

 

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxmasına qarşı müəyyən qədər qorunma ehtimalı var. Eyni zamanda dünya üzrə təbii çiçək xəstəliyinə qarşı peyvəndləmənin 40 ildən artıqdır ki, dayandırılması bu yaşdan cavan olan insanların meymunçiçəyi xəstəliyinə həssas olmalarını əsaslandırır.

 

Yoluxmanın risk qruplarına immun çatışmazlığı olanlar və yoluxmuş insanlara qulluq edən şəxslər aiddir.

 

Ağırlaşmalara gəlincə, ikincil infeksiyalar, bronxopnevmoniya, sepsis, ensefalit, görmənin pozulması (buynuz qişasının zədələnməsi) bu qrupa şamil edilir.

 

Fəsadların monitorinqi zamanı xəstədə gözdə ağrı və ya bulanma, təngnəfəslik, sinə ağrısı, nəfəs almaqda çətinlik, huşun pozulması, dezoriyentasiya, yuxululuq, qıcolmalar, sidik ifrazının azalması, qida qəbulunun əhəmiyyətli azalması, eləcə də uzun müddət davam edən qızdırma, arterial hipotenziya olduğu təqdirdə yaxından izlənilməlidir.

 

Qeyd olunan əlamətlərdən hər hansı biri olarsa, gecikmədən həkimə müraciət olunmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub