TƏBİB-də YAP-ın ərazi partiya təşkilatı yaradılıb
01.07.2022 10:06
Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Tibbi Ərazi Bölmələrinin İdarəedilməsi Birliyi (TƏBİB) üzrə ərazi partiya təşkilatı təsis edilib.
 
İyunun 30-da TƏBİB-də keçirilmiş iclasda TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Nərimanov rayon təşkilatının və TƏBİB-in YAP üzvü olan əməkdaşları iştirak ediblər.
 
TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva qurumun əməkdaşlarının əksəriyyətinin gənclərdən ibarət olduğunu, 30%-ə yaxın TƏBİB əməkdaşının isə YAP-ın üzvü olduğunu qeyd edib, ərazi partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.
Bildirilib ki, yeni ərazi partiya təşkilatı vasitəsilə YAP-ın tədbirlərində və təşəbbüslərində fəal iştirak ediləcək, birgə tədbirlər həyata keçiriləcəkdir.
 
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev 800 minə yaxın üzvü olan partiyanın bu il 30 illiyinin qeyd ediləcəyini vurğulayıb. Qeyd olunub ki, gənclər YAP-ın yarandığı ilk gündən onun qurucusu, Ulu Öndər Heydər Əliyevin və YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. Təşkilat sədri bildirib ki, YAP-ın Nərimanov rayon təşkilatının 116 ərazi partiya təşkilatı var və TƏBİB-də yaradılmış ərazi partiya təşkilatı da qurumun işinə öz töhfəsini verəcək, birgə tədbirlər həyata keçiriləcəkdir.
 
İclasda TƏBİB-in İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsini icra edən Şəmsi Gülverdiyev ərazi partiya təşkilatının sədri, İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin koordinatoru Kənan Kərimov isə sədr müavini seçilib.
 
Sonra birgə fəaliyyət istiqamətləri müzakirə olunub.
 
 
 
 
 
 
 
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub