“Təməl Həyat Dəstəyi” mövzusunda təlimlər keçirilib
29.06.2022 15:53
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Bakı, Sumqayıt, Göyçay, Quba təlim mərkəzlərində “Təməl Həyat Dəstəyi” mövzusunda təlimlər keçirilib.
 
TƏBİB-dən verilən məlumata görə, təlimdə TƏBİB-in tabeli tibb müəsisələrində fəaliyyət göstərən Təcili Tibbi Yardım şöbələrindən 250 nəfər - həkim və tibb bacıları iştirak edib.
 
Kursun tədrisi Amerikanın Kardioloji Assosasiyasının (AHA) “BLS” təliminə, ilkin yardım zamanı tətbiq olunan “ILCOR” təlimatlarına və ÜST-ün tövsiyələrinə əsasən aparılıb. Kurs iştirakçılarına standartlara uyğun ürək-ağciyər canlandırılması (CPR), avtomatik eksternal defibrilyatorun (AED) protokollara uyğun formada istifadəsi, huşu, tənəffüsü, nəbzi olmayan xəstə/yaralıya təməl həyat dəstəyi addımlarını protokollara uyğun tətbiq edilməsi, hava yolu tıxanması yaşayan xəstə/yaralıya uyğun texnikaların istifadəsi izah edilib.
 
Təlimlər TƏBİB-in ÜST-lə birgə layihəsində müvəffəqiyyətlə iştirak edən, təlimçi sertifikatına malik Gülbəniz Məmmədəliyeva, Şəfa Yusubova, Pərvanə Fətullayeva, Həlimə Səfərli, Könül Əzizli, Firuzə Tarverdiyeva və Yaqub Allahverdiyev tərəfindən aparılıb.
 
Təlimlərin digər regionlarda da davam etdirilməsi nəzərdə tutulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib