TƏBİB-in təşkilatçılığı ilə Şəki Rayon Mərkəzi Xəstəxanasında görüş keçirilib
29.06.2022 12:37
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə dəri-zöhrəvi, allerqoloji xidmətlərin təkmilləşdirilməsi və qarşılıqlı əlaqələrin effektiv qurulması istiqamətində Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) görüş keçirilib.
 
Aztibb.az-ın əldə etdiyi məlumata görə, görüşdə TƏBİB-in Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin müdiri Vüsal Yusifov və aidiyyəti şöbənin əməkdaşları iştirak edib.
 
İki gün davam edən təlimlərdə Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ regionlarında fəaliyyət göstərən həkim-dermatoloq və həkim-allerqoloqlara, həmçinin RMX-nın həkim-infeksionist və həkim-terapevtlərinə dəri-zöhrəvi xəstəliklərin müayinəsi, son protokollara uyğun müalicə standartları haqqında geniş məlumatlar verilib.
 
Mühazirələrin sonunda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
 
Təlim müddətində Respublika Dəri-Zöhrəvi Mərkəzinin, 3 saylı Dəri-Zöhrəvi Dispanserinin və Nərimanov Tibb Mərkəzinin həkimləri tərəfindən Dermatoloji kabinet və Laboratoriya şöbəsi ilə tanışlıq olub, nəzərdə tutulan müayinələrin aparılması, kadr potensialının gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib