TÜRKPA-da səhiyyə məsələləri üzrə parlament komitələri rəhbərlərinin iclası keçirilib
17.09.2020 22:15

Sentyabrın 17-də Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv olan parlamentlərin səhiyyə məsələləri üzrə komitə rəhbərlərinin videokonfrans formatında onlayn görüşü keçirilib. Toplantı “COVID-19 pandemiyası: təsirləri və gələcəyə baxış” mövzusuna həsr edilib.

 

Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentlərinin səhiyyə məsələləri üzrə komitələrinin sədrləri, deputatları və TÜRKPA Katibliyinin nümayəndələri qatılıblar. İclasa moderatorluğu Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsinin sədri Recep Akdağ edib.

 

Görüşün açılış hissəsində parlament komitələrinin sədrləri, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov və Qırğızıstan Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev çıxış ediblər. Sonra komitə üzvləri mövzu ilə bağlı fikirlərini bildiriblər.

 

İclasda Milli Məclisin Səhiyyə komitəsinin, TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər və əldə olunan nailiyyətlərdən söhbət açıb.

 

Onlayn görüşdə iştirakçılar qlobal COVID-19 pandemiyasının ölkələrin iqtisadiyyatına, xüsusən də səhiyyə sektoruna təsirlərindən danışıb, ölkələrində həyata keçirilmiş mübarizə tədbirləri barədə məlumat veriblər.

 

Sonra tədbirdə virusla mübarizə istiqamətində gələcək əməkdaşlığın perspektivləri, uğurlu metod və mexanizmlərə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub