Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib
17.09.2020 22:02

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.

 

Karantin qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsi ilə təşkil edilən iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

 

İclasda akademik İradə Hüseynova AMEA-da magistratura təhsilinin təşkili ilə bağlı görülən işlərdən və bu istiqamətdə həyata keçirilən yeniliklərdən danışıb. Təhsilin bu pilləsinin akademiyada təşkilinin üstünlüklərini qeyd edən alim AMEA-nın institutlarının magistrlərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin doktorantura pilləsinə qəbul edilmələrini burada aparılan təhsilin keyfiyyət göstəricisi kimi qiymətləndirib. O, bölmədə yalnız Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar və Botanika institutlarında magistratura təhsilinin mövcud olduğunu qeyd edib və 2021-2022-ci tədris ili üçün qəbul sifarişlərini formalaşdırarkən bölmənin digər institutları üçün magistr hazırlığında bu üç institutun imkanlarından istifadə edilməsini tövsiyə edib.

 

Daha sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin “Kənd təsərrüfatında suvarmada mövcud problemlər və su ehtiyatlarından səmərəli istifadə” və Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradovun “Azərbaycanın su ehtiyatlarının yaxşılaşdırılmasının və səmərəli istifadəsinin bioloji aspektləri” adlı elmi məruzələri dinlənilib.

 

Tədbirdə bölmənin bəzi əməkdaşlarının BTEB-in Fəxri fərmanına layiq görüldükləri diqqətə çatdırıb. Pandemiya dövrü ilə bağlı qaydalar nəzərə alınaraq Fəxri fərmanlar təqdim olunmaq üçün institut direktorlarına təhvil verilib.

 

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Biologiya elmləri doktoru, dosent Zümrüd Məmmədovanın öz xahişi əsasında Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi və biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın həmin institutun elmi katibi vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatətlərin qaldırılması qərara alınıb. Biologiya elmləri doktoru, professor Əliyar İbrahimov isə Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının müdiri vəzifəsinə təsdiqlənib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub