"Rosselxoznadzor" rəhbərinin müavini AQTİ laboratoriyalarının fəaliyyəti ilə tanış olub
24.06.2022 18:35

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbərinin müavini Anton Karmazin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların iş şəraiti ilə tanış olub.

 

AQTİ-dən bildirilib ki, ilk növbədə, qonağa AQTİ-nin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qida təhlükəsizliyi sisteminə daxil olan mövcud laboratoriyalar şəbəkəsi optimallaşdırılıb, müasir tələblərə cavab verən yeni laboratoriyalar yaradılıb. Laboratoriya sisteminin təkmilləşdirilməsi, o cümlədən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Hazırda AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya fəaliyyət göstərir.

 

Görüşdə fitosanitar nəzarət sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivi ilə bağlı müzakirələr aparılıb. Rusiyalı nümayəndə heyəti AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların iş prinsipi ilə yaxından tanış olub. Onlara laboratoriyaların fəaliyyət istiqaməti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də maddi-texniki bazası barədə ətraflı məlumat verilib.

 

"Rosselxoznadzor" rəhbərinin müavini Anton Karmazin laboratoriya sisteminin təkmilləşdirilməsi, o cümlədən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində AQTİ tərəfindən aparılan işləri yüksək dəyərləndirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub