ATU-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
24.06.2022 16:25

İyunun 24-də ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasında 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib. Aztibb.az-ın məlumatına görə, əvvəlcə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Bundan sonra kafedranın müdiri, professor Həqiqət Qədirova çıxış edərək, igid hərbçilərimizin Vətən müharibəsində bizə xüsusi qələbə ovqatı, qürur hissi yaşatdıqlarını vurğulayıb. Bu möhtəşəm qələbənin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər ordumuzun rəşadəti sayəsində mümkün olduğunu deyib.

 

Tədbirə qonaq kimi dəvət olunan Qarabağ qazisi, tibb xidməti mayoru, Hərbi tibb fakültəsinin əməkdaşı Hamlet Hüseynov bu əlamətdar günün tarixi keçmişə söykəndiyini, 104 il bundan qabaq ilk Azərbaycan diviziyasının yaradılması ilə milli ordumuzun əsasının qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, son iki ildə bu tarixi günü xüsusi təmtəraqla qeyd edirik:

 

“Nəinki ölkə daxilində, ölkə xaricində də qalib bir ölkənin vətəndaşları olduğumuzu qürurla söyləyirik. Onu da unutmuruq ki, qələbəmiz şəhidlərimizin, hərbiçilərimizin qanı-canı hesabına başa gəlib”.

 

O, tarixi qələbəmizin qazanılmasında tibb işçilərinin, Hərbi tibb fakültəsinin məzunlarının xüsusi fədakarlığından da söz açıb. Xatırladıb ki, yaralını döyüş meydanından çıxarmaq həkimin deyil, sanitar təlimatçının işidir:

 

“Amma döyüş meydanında olan bir həkim kimi deyə bilərəm ki, ordada hamı birləşmişdi. Vəzifəsindən asılı olmayaraq hər kəs daha artığını etməyə can atırdı. Yaralananlar döyüşdən çıxmaq istəmirdi. Bunun necə bir hiss olduğunu mən özüm yaralanandan sonra anladım. Biz 44 gün ərzində böyük qalibiyyət sevinci yaşadıq. Son 200 ildə ilk dəfə idi ki, işğal olunmuş tarixi torpaqlarımızı özümüzə qaytardıq”.

 

Kafedranın əməkdaşları – qazi anası, professor Gülər Seyidova, dosentlər Səidə Zeynalova, Mətanət Novruzova və baş müəllim Səidə Hacıyeva da Azərbaycan ordusunun dünyanın ən güclü orduları arasında yer almasından və Vətən müharibəsindəki parlaq Qələbəmizdən fəxarətlə danışıblar.

 

Tədbirin sonunda “Görünməyən qəhrəmanlar. Hərbi həkimlər” sənədli filmi nümayiş etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib