Gömrük Hospitalının uzman həkimi Uroloq və Androloqların XIX simpoziumunda çıxış edib  
24.06.2022 15:45
Mərkəzi Gömrük Hospitalının uzman uroloqu Samir Ağalarov 17-19 iyun 2022-ci il tarixlərində Azərbaycanın Quba şəhərində keçirilən Azərbaycan Uroloq və Androloqlarının ənənəvi XIX simpoziumunda Hipoqonadotropik hipoqonadizmə müasir konservativ yanaşma” mövzusunda təqdimatla çıxış edib.
 
Aztibb.az xəbər verir ki, Samir Ağalarov hipoqonadotropik hipoqonadizm, onun əsas səbəbləri, ikincili hipoqonadizmin yaranmasına səbəb olan hipotalamik disfunksiyanın səbəbləri, habelə hipofiz çatışmazlığının səbəbləri, xəstəliyin klinik təzahürləri və müalicə yolları barədə ətraflı məlumat verib. Çıxış simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
 
Azərbaycan Uroloq və Androloqlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən simpoziumda iştirak edən elm adamları, xarici ölkələri təmsil edən ziyalılar, urologiya sahəsində çalışan yüksəkixtisaslı mütəxəssislər ayrı-ayrı uroloji problemlər, onların müalicəsi yolları, cərrahi əməliyyatlarda tətbiq edilən ən müasir üsullar barədə müzakirələr ediblər.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”