ATU-nun nümayəndə heyəti Macarıstanda işgüzar səfərdədir
24.06.2022 12:20
Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində işgüzar səfərdə olub. Səfər zamanı Azərbaycanın bu ölkədəki səfirliyində, Budapeşt Semmelveis Universitetində və həmin ali məktəbin tədris klinikalarında rəsmi görüşlər keçirilib.
 
Aztibb.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli və tərbiyə işləri üzrə prorektor, dosent Zülfüqar Musabəyov Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadənin qəbulunda olublar. Görüş zamanı 30 il ərzində Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin yüksələn xətlə inkişaf etdiyi və artıq strateji tərəfdaşlıq səviyyəsinə çatdığı vurğulanıb. İkitərəfli və çoxtərəfli əsasda sıx əməkdaşlıq edən Azərbaycan və Macarıstanın təhsil və səhiyyə sahəsindəki əlaqələrindən də söz açılıb.
 
Səfər zamanı Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli və təlim-tərbiyə işləri üzrə prorektor Zülfüqar Musabəyov Budapeşt Semmelveis Universitetində qonaq olublar. Semmelveis Universitetinin rektoru Bela Merkely ilə görüşdə iki universitet arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, müştərək layihələr, qarşıdakı müddət üçün birgə layihələrə dair planlar müzakirə olunub.
 
Sonra ATU-nun nümayəndə heyəti Semmelveis Universitetinin departament müdiri Attila Szijarto, beynəlxalq əlaqələr üzrə direktor Marsel Popun müşayiəti ilə ali məktəbin iclas zalı, mühazirə otaqları ilə tanış olub.
 
ATU-nun rektoru, professor G.Gəraybəyli universitetin və klinikanın qonaq kitabına ürək sözlərini yazıb.
 
ATU-nun rəhbər nümayəndələri həmçinin Semmelveis Universitetinin Psixiatriya Klinikasını da ziyarət ediblər. Mərkəzin direktoru Janos Rethelyi burada dünyanın hər yerindən olan tələblərin tədrisi üçün yaradılan şəraitlə qonaqları tanış edib, klinikanın fəaliyyəti haqqında onlara ətraflı məlumat verib. Professor G.Gəraybəyli və dosent Z.Musabəyov klinikanın mühazirə zalları, tədris əməliyyatxanalarını da ziyarət ediblər.
 
Qeyd edək ki, ATU ilə Semmelveis Universitetində 2016-ci ildə əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib