İSİM-in nümayəndələri qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Qırğızıstanda keçirilən tədbirdə iştirak ediblər
24.06.2022 10:09
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən 21-22 iyun 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində piylənməyə nəzarət, qidalanma, qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası siyasəti üzrə dialoqun genişləndirilməsi və bu istiqamətdə görülən tədbirlərin analizinin aparılması məsələlərinə dair tədbir keçirilib.
 
Tədbirdə Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin nümayəndələri, səhiyyə və tibb işçiləri, ictimai səhiyyə mütəxəssisləri və ekspertlər təmsil olunub. Səhiyyə Nazirliyi İctimai Səhiyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və analiz şöbəsinin müdiri İnara Makayeva, İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi, QİX üzrə proqram rəhbəri Elturan İsmayılov, TƏBİB-in nümayəndələri – Ceyran Abdullayeva və Zülfiyyə Kazımzadə də tədbirdə iştirak ediblər.
 
ÜST-nin QİX-in qarşısının alınması və nəzarəti üzrə Avropa Bürosunun rəhbəri vəzifəsini icra edən Kremlin Vikramasinqhe və digər ekspertlərin çıxışlarında bir daha vurğulanıb ki, QİX regionda və ümumən dünyada insan sağlamlığına təhlükə yaradan əlilliyin, xəstəlik və ölümlərin başlıca səbəbi hesab olunur. Ekspertlərin görülən işlərə dair təqdimatlarında nəzərə çatdırıldı ki, QİX yükünün azaldılması istiqamətində mühüm addımların atılmasına baxmayaraq, bu sahədə hələ də problemlər qalmaqdadır.
 
Mövcud problemləri nəzərə alaraq keçirilən seminarın əsas məqsədi iştirakçıları regionun müxtəlif ölkələrində qeyri-infeksion xəstəliklərlə mübarizədə aparılan analizlərin nəticələri ilə tanış etmək, yaradılan metod və konsepsiyaları təqdim edərək praktiki biliklər öyrətmək, real şərtlər əsasında onlardan istifadə qaydalarını göstərmək, həmçinin Azərbaycan, Qırğızıstan və Özbəkistan Respublikalarının nümayəndələri ilə layihələrin növbəti mərhələlərini müzakirə etmək idi.
 
Seminarda region ölkələrdə keçirilən pilot layihələrin nəticələri analiz olundu, iştirakçı ölkələrin hesabatları dinlənilib və fəaliyyətlərin daha da genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib