Başkənt Universitetinin rektoru Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində olub  
24.06.2022 09:24
Türkiyənin Başkənt Universitetinin (Başkent Universitesi rektoru prof. Dr Ali Haberalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
 
Aztibb.az-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Türkiyənin Başkənt Universitetinin (Başkent Üniversitesi) rektoru prof. Dr Ali Haberalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
 
Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, əlilliyi olan şəxslər üçün ölkəmizdə yaradılan müasir reabilitasiya infrastrukturu barədə nümayəndə heyətinə məlumat verib.
 
O, reabilitasiya xidmətlərinin təşkili və qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, peşəkarlıq səviyyəsinin artırılması üçün görülən işləri, Agentlik qarşısında duran hədəfləri diqqətə çatdırıb.
 
A.Bayramov bu sahədə bir sıra qurumlarla, eləcə də qardaş ölkənin müvafiq təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.
 
A.Haberal ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərini yüksək qiymətləndirib. O, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Başkənt Universiteti arasında reabilitasiya sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasının qarşılıqlı faydalı olacağını bildirib.
 
Görüşdə reabilitasiya sahəsində beynəlxalq təcrübənin və idarəetmə standartlarının tədbiqi, həkim, tibb bacıları, müalicəvi idman təlimatçılarının bilik və bacarıqlarının artırılması məqsədi ilə reabilitasiya müəssisələrində təlimlərin təşkili, Başkənt Universiteti tərəfindən Agentliyin reabilitasiya mərkəzlərində təcrübə proqramlarının tətbiqi və s. sahələrə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib