Havada olan toksinlər insan beyninə nüfuz edə bilər: Alimlər siçanlar üzərində sübut etdi
23.06.2022 15:54

Havanın çirklənməsi yalnız ağciyərlər və ürəyin sağlamlığına təsir etmir. Tədqiqatlar göstərib ki, kiçik hissəciklər insan beyninin zədələnməsinə də səbəb ola bilər.

 

Aztibb.az www.techinsider.ru-ya istinadən xəbər verir ki, son tədqiqat çərçivəsində alimlər siçan modelləri üzərində göstəriblər ki, havada olan çox kiçik ölçülü hissəciklər ağciyərlərə daxil ola, oradan qana keçə və beləliklə beyinə çata bilərlər. Yeni tədqiqat qara karbon və titan dioksid hissəciklərinin qan vasitəsilə siçanın beyninə daxil ola biləcəyini sübut edib.

 

Zərərli maddələr nevroloji toxumaya keçdikdə isə immun sisteminin onlarla mübarizə aparması çətinləşir. Müəlliflər aşkar ediblər ki, havada olan hissəciklər siçanın istənilən digər orqanı ilə müqayisədə, beyində daha uzun müddət qalırlar.

 

"Bu tədqiqat işi tənəffüs hissəcikləri arasında əlaqə olduğunu və onların bədən üzrə hərəkət etdiklərini göstərdi", - deyə Böyük Britaniyanın Birminhem Universitetinin nanotexnologiyalar üzrə mütəxəssisi İzolt Linç bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub