Professor Surxay Hadıyevin 75 yaşı tamam olur
23.06.2022 11:56

Bu gün Əməkdar elm xadimi və Əməkdar həkim, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyevin 75 yaşı tamam olur.

 

Surxay Hadıyev 1947-ci il iyunun 23-də Göyçay rayonunda anadan olub. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və ATU-nun II Cərrahi xəstəliklər kafedrasında fəaliyyətə başlayıb. O, 1990-cı ildən həmin kafedranın professorudur.

 

Surxay Hadıyev 1995-1996-cı illərdə ATU-nun II Müalicə profilaktika fakültəsinin dekanı vəzifəsində çalışıb. Bir müddət "Baku City Hospital"ın direktoru işləyib. 2016-cı ildən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktorudur.

  

Alim ATU-nun nəzdində Dissertasiya Şurasının Aprobasiya seminarının sədridir. O, mədə-bağırsaq, qaraciyər və öd yolları, mədəaltı vəzi cərrahi əməliyyatları üzrə tanınmış mütəxəssisdir.

 

Professor məhsuldar elmi fəaliyyəti dövründə 200-ə yaxın elmi məqalənin, eləcə də cərrahiyyə üzrə 30-a qədər ixtira və səmərələşdirici təklifin müəllifidir. Surxay Hadıyev tibb elmində və tibbi kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərib. Onun rəhbərliyi altında 6 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.

 

Görkəmli alim elm və səhiyyə sahəsində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Əməkdar elm xadimi" və "Əməkdar həkim" fəxri adlarına layiq görülüb.

 

Aztibb.az portalı olaraq professor Surxay Hadıyevi 75 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?