Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndə heyəti Belçikada keçirilən konfransda iştirak edib
23.06.2022 09:50

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndə heyəti Belçikanın Brüssel şəhərində keçirilən, 40-dan artıq Avropa ölkələrinin Pasiyent Təşkilatlarını özündə birləşdirən Avropa Hemofiliya Konsorsiumunun Beynəlxalq Liderlər Konfransında iştirak edib.

 

Tədbirdə qanın laxtalanma pozğunluğu ilə bağlı olan xəstəliklərin müalicəsində elmin son nailiyyətləri barədə ətraflı məlumat verilib. Hemofiliya A və Hemofiliya B xəstəliklərin müalicəsində yeni uzun müddətli qanın laxtalandırıcı faktor preparatları ilə müalicənin tətbiqi, gen terapiyası və ən əsası həkim və pasiyent münasibətlərinin vacibliyi vurğulanıb.

 

Keyfiyyətli müalicənin tətbiqi üçün həkimin pasiyentə doğmalıqla yanaşması və pasiyentin özü ilə müalicənin gedişatında məsləhət edilməsinin önəmi qeyd edilib.

 

Konfransda, həmçinin müasie dünyada pasiyent təşkilatlarının səhiyyə qurumları ilə sıx əməkdaşlığının vacibliyi xüsusi vurğulanıb.

 

Bundan başqa, laxtalanma pozğunluğundan əziyyət çəkən qadınların müalicəsinin və psixoloji durumlarının diqqət mərkəzində saxlanılması haqda geniş müzakirələr aparılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib