“İlan, əqrəb, hörümçək, həşərat və digər sancmaların diaqnostikası və müalicəsi” mövzusunda vebinar keçirilib
23.06.2022 09:36
22 iyun 2022-ci il Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “İlan, əqrəb, hörümçək, həşərat və digər sancmaların diaqnostikası və müalicəsi” mövzusunda vebinar həyata keçirilib.
 
Aztibb.az-ın əldə etdiyi məlumata görə, vebinarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, həkim-toksikoloq İsmayıl Əfəndiyev ilan, əqrəb, hörümçək, həşərat və digər sancmaların diaqnostikası və müalicəsi ilə bağlı real təcrübəyə və ən müasir tibbi yeniliklərə əsaslanmış məruzə ilə çıxış edib. O, təqdimatı zamanı mövzu ilə əlaqəli statistik rəqəmləri sadalayıb, kritik klinik hallar barədə nümunələr təqdim edib və dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
 
100-ə yaxın dinləyicinin iştirak etdiyi Vebinar "Zoom" platforması ilə yanaşı Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" səhifəsi üzərindən də canlı yayımlanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib