MDB ölkələrinin transfuziologiya məsələləri üzrə Ekspert Şurasının iclası keçirilib
23.06.2022 09:10

İyunun 21-də MDB-nin Minskdəki mənzil-qərargahında Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin transfuziologiya məsələləri üzrə Ekspert Şurasının iclası keçirilib.

 

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ekspert Şurasının üzvləri milli qan xidmətlərinin təşkili və fəaliyyətinin xüsusiyyətlərini müzakirə edib, transfuziologiya sahəsində fəaliyyəti xarakterizə edən statistik göstəricilərinin siyahısını və onların hesablanması üsullarını müəyyən ediblər.

 

Müzakirələr zamanı dövlətlərin nümayəndələri MDB ölkələrinin transfuziologiya məsələləri üzrə əməkdaşlıq Proqramının layihəsinə daxil etmək üçün nəzərdə tutulacaq tədbirlər üzrə təkliflər irəli sürüblər, cari iki il üçün İş Planını təsdiq ediblər.

 

Ekspert Şurasının üzvləri Qan və onun komponentlərinin donorluğu zamanı təmənnasız könüllü donora enerji xərclərinin kompensasiyasının məbləğinin müəyyən edilməsi Qaydası, Qan və onun komponentlərinin tibbi tətbiqi Qaydası, Qan və onun komponentlərinin təhlükəsizliyi və keyfiyyətinə, eləcə də infeksiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər, potensial hematopoetik kök hüceyrə donorlarının reyestrinə daxil edilməsi üçün sağlamlıq parametrlərinə dair tələblərin işlənib hazırlanması barədə qərar qəbul ediblər.

 

Dünya platformasında və Birlik məkanında transfuziologiya sahəsində yeni elmi nailiyyətlərə xüsusi diqqət yetirilib. Ekspertlər birgə elmi-tədqiqat işlərinin aparılması, qan xidməti üzrə kadrların hazırlanması və mütəxəssislərin ixtisasının artırılmasında maraqlı olduqlarını qeyd ediblər.

 

Qan donorluğu məsələlərinə dair MDB dövlətlərinin milli qanunvericiliyinin müzakirəsi zamanı iclas iştirakçıları “Qan və onun komponentlərinin donorluğu haqqında” model qanun layihəsinin hazırlanmasının zəruriliyi ilə bağlı razılığa gəliblər. MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasına onun qanun yaradıcılığının nümunəvi uzunmüddətli planının hazırlanmasına daxil edilməsinin təklif olunması qərara alınıb.

 

Həmçinin MDB-nin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXXV iclasının gündəliyinə bir sıra məsələlərin daxil edilməsi təklif olunub.

 

Ekspert Şurasının növbəti iclasının respublikada transfuzioloji yardımının yaradılmasının 90 illiyinə həsr olunmuş IX Belarus Transfuzioloqları və Hematoloqları konqresi çərçivəsində payızda Minskdə keçirilməsi planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib