Qazi Universitetinin nümayəndə heyəti ATU-da olub
22.06.2022 15:26
Türkiyənin Qazi Universitetinin nümayəndə heyətinin Azərbaycan Tibb Universitetinə işgüzar səfəri baş tutub. Səfər zamanı nümayəndə heyəti üzvlərinin ATU-nun və Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi ilə görüşləri keçirilib.
 
Aztibb.az xəbər verir ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüş zamanı qarşılıqlı əməkdaşlığa dair əsas məsələlər, o cümlədən yeni açılan “Tibb bacısı işi” və “Fizioterapiya və tibbi reabilitasiya” ixtisasları üzrə ikili diplom proqramların müzakirələri aparılıb. Rektor professor G.Gəraybəyli artıq iki universitet arasında mövcud olan layihələr, onlayn dərslərin uğurlu olması, qarşıya qoyulan hədəflər və planlar barədə fikirlərini bölüşüb. Qazi Universitetinin sağlıq bilimləri fakültəsinin dekanı, Professor Dr. Bülent Elbasan ATU ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək birgə proqramlaın sayının və əhatəsinin genişlənməsinin vacibliyini vurğulayıb.
 
Nümayəndə heyəti üzvləri ATU-nun Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi ilə də görüşüblər. Sonra klinikada Qazi Universitetinin mütəxəssisləri tərəfindən keçirilən tədbirdə “Tibb bacısı işi”, “Fizioterapiya və tibbi reabilitasiya” ixtisasları üzrə təqdimat baş tutub. Türkiyəli qonaqlar Klinikada adıçəkilən yeni ixtisasların tədrisi ilə bağlı yaradılan şəraitlə tanış olublar, yeni yaradılan şöbələrin işini yüksək qiymətləndiriblər. Qeyd edək ki, nümayəndələr həmçinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda olublar,ordaki şəraitlə tanış olublar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib