“Ağ ölüm” ilə mübarizə hər bir vətəndaşın borcudur - Maarifləndirici tədbir
22.06.2022 13:17

Narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işi daim diqqət mərkəzində saxlanılmalıdır.

 

Bu fikirlər Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) C.Cabbarlı adına Mərkəzi kitabxanasında keçirilən “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbirdə səsləndirilib.

 

Məktəbli və yeniyetmələrin iştirak etdiyi tədbirdə Qax rayon MKS-nin direktoru Güllü Əhmədova çıxış edərək, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına mənfi təsirləri, gələcəkdə ailə həyatında və reproduktiv sağlamlıqda yaratdığı fəsadlar barədə məlumat verib. Bildirilib ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur.

 

Diqqətə çatdırılıb ki, cəmiyyətdə “ağ ölüm” kimi qəbul edilən, müalicəsi olduqca çətin və uzun müddət tələb edən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotik vasitələr, onların qanunsuz dövriyyəsi, istifadəsi, satışı, ümumiyyətlə, narkomanlıq ən ağrılı problemlərdən, qorxulu vərdişlərdən birinə çevrilib.

 

Tədbirin sonunda iştirakçılara maarifləndirici buklet paylanılıb, mövzuya aid film nümayiş etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib