TƏBİB Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyəti ilə birgə Gəncədə təlim keçib
22.06.2022 10:21
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyəti (AQİEC) arasında qarşılıqlı imzalanmış memoranduma əsasən Gəncədə təlim keçirilib.
 
Təlimin məruzəçiləri AQİEC-in sədri, Dr. Fərid Quliyev, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilməsi İnstitutunun Terapiya kafedrasının dosenti, t.ü.f.d. Gülüstan Babayeva, professor Mətanət Əfəndiyeva, həkim-qastroenteroloq Natiq Əlizadə olub.
 
Təlimdə TƏBİB-in İnsan resursları departamenti, Təlim və karyera planlama şöbəsinin müdiri Anar Mirzəyev, eləcə də Gəncə, Şəmkir, Göygöl, Ağstafa və Bərdə zonalarında yerləşən xəstəxanalarda fəaliyyət göstərən həkim-terapevt və həkim-qastroenteroloqlar iştirak edib.
 
Təlim proqramı zamanı iştirakçılara “Qastrospokiya və kolonoskopiya”, “Qanaxmalar və hemostaz”, “Polip aşkarlanması və polipektomiya”, “Xoralı kolit-distal zədələnmə, diaqnostika və müalicə prinsipləri”, “Komorbid xəstələrdə qaraciyərin qeyri-alkoqol piylənməsi xəstəliyi” və d. mövzular barədə məlumatlar verilib.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin (AQİEC) birgə əməkdaşlığı ilə təlim proqramının digər regionlarda da keçirilməsi nəzərdə tutulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub