ATU-nun professoru beynəlxalq simpoziumda çıxış edib
22.06.2022 09:53

Azərbaycan Tibb Universitetinin ictimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev Türkiyə Cümhuriyyətinin Niğde şəhərində keçirilən IX Beynəlxalq Türk Dünyası Araşdırmaları simpoziumunda iştirak edib.

 

Universitetin mətbuat xidmətindən verilən xəbərə görə, “Türkiyə və Azərbaycanda narkotiklərlə mübarizə haqqında” mövzusunda məruzə ilə çıxış edən professor narkotik maddələrdən ilk istifadənin 4 min il əvvələ təsadüf etdiyini və hazırda yayılmaqda olduğunu diqqətə çatdırıb:

 

“Bu gün dünyada, o cümlədən Türkiyə və Azərbaycanda həmin bəlanın qarşısını almaq məqsədilə tədbirlər həyata keçirilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə nəzarətdən kənarda qalan həmin ərazilərdə narkomaniya tüğyan edirdi. Onlar narkotiklərin satışından böyük vəsait qazanırdılar. İşğal dövründə həmin ərazilər həm də narkotik maddələrin trafiki rolunu oynayırdı.

 

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi sayəsində həmin ərazilərdə narkotik becərilməsinə, istehsalına, satışına və dövriyyəsinə birdəfəlik son qoyuldu, bölgədə quruculuq işləri başladı”.

 

Q.Əliyev çıxışında Türkiyə və Azərbaycanda “ağ ölüm” mənzərəsi və ona qarşı mübarizənin əhəmiyyətini dəyərləndirib. Qeyd edib ki, başqa dövlətlərlə müqayisədə hər iki ölkədə bu sahədə geniş tədbirlər planı həyata keçirilir, qanunvericiliyin təkmilləşdirilməsinə diqqət artırılır.

 

Professorun simpoziumdakı məruzəsi bəyənilib və Niğde Universitetinin rektoru, professor Hasan Uslu tərəfindən ona sertifikat verilib. Sonra Qoşqar Əliyev bölümün rəhbəri kimi iclası aparıb, məruzəçilərə sertifikatlar təqdim edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib