ÜST-nin Qeyri-infeksion Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə missiyası Azərbaycanda səfərdə olub
22.06.2022 09:48
ÜST-nin Qeyri-infeksion Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Avropa üzrə Regional Ofisinin qeyri-sağlam qida məhsullarının marketinqi üzrə missiyası Azərbaycanda səfərdə olub.
Aztibb.az xəbər verir ki, 2 gün davam edən missiyanın əsas məqsədi ölkədə qeyri-sağlam qida məhsullarının marketinqi mövzusunda aparılacaq işlərə texniki dəstək göstərmək olub.
Missiya çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, TƏBİB, AQTA, ADRA, Dövlət Antiinhisar Xidməti, ANDOP, Azərbaycan Kardioloqlar Cəmiyyəti, BMT-nin Uşaq fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının iştirak etdiyi dəyirmi masa təşkil olunub.
Tədbir zamanı qeyri-sağlam qida məhsullarının TV və rəqəmsal marketinqinin uşaq və yeniyetmələrə təsiri, piylənmədə rolu, marketinq üzrə araşdırmalar və bu sahədə ən yaxşı təcrübələr müzakirə olunub.
Tədbirin sonunda bu mövzuda işlərin koordinasiyalı şəkildə görülməsi üçün Milli İşçi Qrupunun yaradılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu işə cəlb olunmasına dair konsensus əldə olunub.
Həmçinin səfər çərçivəsində ekspertlər yerli araşdırmaçılara qida məhsullarının marketinqinin standartlaşmış tədqiqatı barədə təlim keçiblər.
Qeyd olunub ki, yerli araşdırmaçılar ölkə ərazisindəki məlumatları toplayaraq tədqiqat üçün təqdim edəcəklər.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

