Şəkərdən imtina xərçəngin müalicəsinə kömək edirmi?
17.09.2020 15:36

Bədəndəki şişi "ac qoymaq" və bununla da xərçəngin böyüməsinin və inkişafının qarşısını almaq üçün şəkərdən imtina meyvə-tərəvəz şirələrinə əsaslanan pəhrizli müalicədən sonra populyarlıq qazanmış ikinci alternativ metoddur.

 

"Report" xəbər verir ki, bu fikirlər Fransanın "Le Figaro" nəşrində dərc edilən məqələdə əksini tapıb. 

 

Alimləri hazırda bir sual düşündürür: xərçəng xəstəliyi ilə mübarizədə şəkərdən imtina nə dərəcədə müsbət rol oynaya bilər? Araşdırmalar göstərir ki, xərçəng hüceyrələrinin çoxalması üçün əhəmiyyətli miqdarda karbohidrata ehtiyacı var. Lakin mütəxəssislər deyir ki, konkret müalicə tətbiq edilmədən qida rejimində dəyişikliklər edərək, hansısa məhsuldan imtina edərək xərçəngə qalib gəlmək mümkün deyil. Üstəlik, şəkəri yalnız şiş hüceyrələri sevmir. Bədənin bütün digər hüceyrələrinin də normal fəaliyyət göstərməsi üçün qlükozaya ehtiyacı var. Hətta bəzi hüceyrələr, demək olar, yalnız qlükoza ilə qidalanır.

 

Belə ki, şiş hüceyrələri onsuz da yayılmağa başlayandan yağ toxuması və əzələ kimi digər orqanların ehtiyatlarını yeməyə başlayır. Bu səbəbdən diaqnoz qoyulduqda bəzi xəstələr artıq xeyli çəki itirmiş vəziyyətdə, çox arıq olurlar və bədəndəki yağ və əzələlər əriyir.

 

Alimlər qeyd edirlər ki, xərçəng hüceyrələri qanda dolaşan amin turşuları kimi digər enerji daşıyıcılarını da çox sürətlə məhv etmə qabiliyyətinə malikdir. Yəni əgər xəstələr şəkərdən imtina etsələr, bu, həmin hüceyrələr üçün böyük bir maneə yaratmayacaq və xərçəng hüceyrələri digər hüceyrələrdən qidalandırıcı maddələri “qopara” və hətta bütün bir hüceyrəni də yeyə bilərlər.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib