“Uşaqların doğulanadək cins seçiminə qarşı mübarizə” mövzusunda tədbir keçirilib
21.06.2022 15:38

Səhiyyə Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Siyəzən Rayon Heydər Əliyev Mərkəzində “Uşaqların doğulanadək cins seçiminə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

 

Səhiyyə Nazirliyi İctimai-Səhiyyə İslahatlar Mərkəzinin (İSİM) rəsmi instaqram səhifəsindən əldə olunan məlumata görə, tədbirdə İSİM-in həkim-metodisti Zümrüd Kazımova mövzu üzrə təqdimatla çıxış edərək, hamiləliyin süni surətdə pozulmasının qadınların reproduktiv sağlamlığına və psixoloji durumuna göstərdiyi mənfi təsirindən danışıb və sağlam uşaqların doğulmasının vacibliyini vurğulayıb. O, arzuolunmaz hamiləliyin qarşısının alınmasına dair mövcud olan müasir üsullar barədə tədbir iştirakçılarını məlumatlandırıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva təqdimatla çıxış edərək, uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni surətdə pozulması hallarının və oğlan uşaqlarının sayının artmasının gələcəkdə ölkənin demoqrafik və sosial-iqtisadi inkişafına mənfi təsir göstərə biləcəyini bildirib.

 

Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üçün komissiyanın məsul katibi Günel Ağayeva çıxış edərək, Azərbaycanda əhalinin dinamik artımının və milli maraqlara cavab verən demoqrafik təhlükəsizliyin təmin olunmasının, gələcəkdə sağlam nəslin yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyib.

 

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib