Təcili tibbi yardım sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş layihəyə start verilib - FOTOLAR
21.06.2022 09:56
Ölkəmizdə təcili tibbi yardımın və infeksiyanın qarşısının alınması və nəzarət sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş yeni layihəyə start verilib.
 
Aztibb.az xəbər verir ki, layihə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən reallaşdırılır.
 
USAID tərəfindən maliyyələşdirilən 3,35 milyon dollar dəyərində olan layihə ÜST-nin vasitəsilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Tibb Universitetinə dəstək göstərəcək.
 
“Azərbaycanda Təcili Tibbi Yardım və İnfeksiyaların Qarşısının alınması və Nəzarət Sistemlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində hər iki sistem üçün idarəetmə strukturları, milli strategiyalar, standartlar və prosedurlar dəstəklənəcək, Azərbaycan Tibb Universitetində, tibb kolleclərində və digər təhsil müəssisələrində müvafiq təhsil proqramları yaradılacaq.
 
Həmçinin yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə hər iki sahədə mövcud və potensial işçi qüvvəsinin bilikləri təkmilləşdiriləcək, Sumqayıtda təlim və simulyasiya mərkəzinin əsası qoyulacaq, milli infeksiyanın qarşısının alınması və nəzarət komitəsi, o cümlədən xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə ən yaxşı təcrübələri özündə birləşdirən milli istinad laboratoriyası yaradılacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib