Milli Məclisdə sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası müzakirə olunub
20.06.2022 17:43

İyunun 20-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə bir məsələ - “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

 

Gündəliyin təsdiqindən sonra Bəxtiyar Əliyev qanun layihəsinin komitənin profilinə uyğun baxılacaq 3-cü, 10-cu, 11-ci və 12-ci maddələri barədə məlumat verib. Komitə sədri bildirib ki, bu maddələrdə təhsillə bağlı qanunlara təklif olunan dəyişikliklər, əsasən termin dəqiqləşdirilməsi ilə bağlıdır və texniki xarakter daşıyır. Belə ki, dəyişikliklərdə “nitq qüsuru”, “kar”, “kor”, “əqli cəhətdən geri qalanlar” kimi anlayışların müvafiq olaraq “nitq pozuntusu”, “eşitmə qabiliyyəti tam məhdud olanlar”, “görmə qabiliyyəti tam məhdud olanlar”, “əqli geriliyi olanlar” sözləri ilə əvəzlənməsi təklif edilib.

 

Azərbaycanda həyata keçirilən sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, yaradılan qanunvericilik bazasından söhbət açan komitə sədri müzakirəyə çıxarılan qanun layihəsinin əlilliyi olan şəxslərin hüquqlarının, xüsusən onların təhsil hüquqlarının müdafiəsinə yönəldiyini bildirib. B.Əliyev termin dəyişikliyinin sağlamlığı məhdud olan vətəndaşların şəxsiyyətinə toxunacaq və onların cəmiyyətə inteqrasiyasına maneçilik törədə biləcək anlayışlardan, müraciətlərdən və münasibətlərdən uzaqlaşmaq, onların inklüziv təhsilə və cəmiyyətə inteqrasiyası üçün maneəsiz mühit yaratmaq baxımından əhəmiyyətini vurğulayıb.

 

Qanun layihəsinin müzakirəsində Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitə üzvləri Eldar Quliyev, İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Etibar Əliyev, Kamilə Əliyeva, Pərvin Kərimzadə, Anar İsgəndərov, Müşfiq Məmmədli çıxış ediblər. Deputatlar qanun layihəsini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, şəxsiyyətlərinin inkişafı və təhsilin bütün mərhələlərində təhsilə cəlb olunmaları baxımından əhəmiyyətini qeyd ediblər, dəyişikliklərlə bağlı təkliflərini və fikirlərini səsləndiriblər.

 

Müzakirələrin sonunda deputatlar qanun layihəsini baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib