Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün yekun nəticələri açıqlanıb
20.06.2022 14:48

Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün yekun nəticələri təqdim edilib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-ün Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, beynəlxalq və yerli tərəfdaşlar, layihə benefisiarları və tibb işçiləri iştirak edib.

 

Qeyd olunub ki, 2020-ci ilin aprel ayından etibarən iki ildən artıq bir müddətdə həyata keçirilən COVID-19 pandemiyası ilə mübarizəyə dəstək layihəsi Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir. Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.

 

Bununla yanaşı, ÜST-nin “OpenWHO” onlayn təlim platformasının Azərbaycan səhifəsi istifadəyə verilib. Qısa müddət ərzində təlim platformasında azərbaycanlı tibb işçiləri tərəfindən qeydiyyatdan keçilən kursların sayı 10 dəfə artaraq 18 000-ə çatıb.

 

Layihə çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə və cavab tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlərdə milli səhiyyə tərəfdaşlarına texniki dəstək göstərilib. COVID-19 hallarının idarə edilməsi üzrə təlimatın yenilənməsi və infeksiyanın profilaktikası və nəzarət (İPN) üzrə İşçi Qrupunun yaradılması və fəaliyyəti dəstəklənib.


Qeyd edilib ki, Aİ-ÜST layihələri bundan sonra da Azərbaycanın səhiyyə sisteminə dəstək olaraq ölkə əhalisinin sağlam gələcəyinin təmin edilməsinə öz töhfəsini verməyə davam edəcək.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?