Azərbaycan bu il üçün səhiyyə xərclərini 80 mln manat azaldır
20.06.2022 12:16

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, səhiyyə xərcləri 1 milyard 708,797 milyon manat səviyyəsində müəyyən edilib.

 

Bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, təsdiq olunmuş büdcə proqnozu ilə müqayisədə 79,8 milyon manat və ya 4,5 % azdır.

 

Məlumata görə, yenilənmiş səhiyyə xərclərinin 1,804 milyon manatı (əvvəlki proqnozla müqayisədə 8,3 % və ya 139 min manat çox) poliklinikalar və ambulatoriyalara, 169,954 milyon manatı (1,2 milyon manat və ya 0,7 % az) xəstəxanalara, 2,591 milyon manatı (2 min manat və ya 0,08 % çox) səhiyyə sahəsində tətbiqi tədqiqatlarına, 1 milyard 534,449 milyon manatı (78,8 milyon manat və ya 4,9 % az) səhiyyə sahəsində proqramlar və digər xidmətlərə, 1 milyard 125,675 milyon manatı (dəyişməyib) isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üzrə nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub