Təcrübəli həkim Şəbnəm Topbaştekin Kliniki Tibbi Mərkəzdə fəaliyyətə başlayıb
20.06.2022 10:55
Təcrübəli həkim Şəbnəm Topbaştekin Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin həkim-radioloqu vəzifəsinə təyin olunub.
 
Bu barədə Aztibb.az-a Mərkəzdən məlumat verilib.
 
Bildirilib ki, Şəbnəm Topbaştekin 30 noyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2009-2010-cu illərdə Mərkəzi Dənizçilər Xəstəxanasında şüa-diaqnostikası üzrə internatura keçib.
 
O, 2012-2022-ci illərdə 3 saylı Uşaq Kliniki Xəstəxanasında, 2014-2021-ci illərdə isə 17 saylı Birləşmiş Şəhər Poliklinikasında həkim-radioloq vəzifəsində çalışıb.
 
2014-cü ildə İstanbul Eğitim Araştırma Xəstəxanasında “Ultrasəs və doppleroqrafiya təlimi”, 2015-ci ildə Marmara Eğitim Araştırma Xəstəxanasında “Ginekoloji ultrasəs” üzrə kurs keçib.
 
Şəbnəm Topbaştekin "Ginekoloji və Reproduktiv Təbabətin Problemləri", "Azərbaycan Radioloqlarının II Beynəlxalq Elmi-Praktiki Konfransı"nda, eləcə də “Türk Uroginekologiya və Pelvik Bərpa Cərrahiyyə Dərnəyi”nin elmi konfranslarında iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub