Fitoterapevtdən tük tökücü və tüklərin nazikləşdirilməsi üçün RESEPTLƏR
20.06.2022 10:54
Bu gün lazımsız tüklərin təmizlənməsi üçün bir çox vasitələr olmasına baxmayaraq, bunun üçün təbii və ziyansız üsullardan da istifadə etmək olar.
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov tük tökücü və tüklərin nazikləşdiirilməsində effektiv olan resepti təqdim edib. 
 
Həkimin sözlərinə görə, bu resept Misirdə çox istifadə olunur və hamının hazırlayıb istifadə edə biləcəyi bir reseptdir.
 
Lazım olanlar:
 
2 stəkan şəkər tozu, 4 ədəd limonun şirəsi.
 
Şəkər tozunu kiçik qazana tökün, üstünə limon şirəsini əlavə edin, elə edin ki, şirə şəkərin üstünə çıxsın, çıxmazsa su əlavə edin. Sonra vam oda qoyun, qaynara düşdükdə 1 dəqiqədən artıq qaynatmayın və oddan götürün. Çox qaynayanda təsiri azalır, yenidən hazırlamaq lazım olur. Soyudun və istənməyən tüklərin üstünə tərsinə çəkin. 20-30 dəqiqə sonra ilıq su ilə yuyun, tüklər töküləcək. Bundan sonra çıxan tüklər isə cod olmayacaq.
 
Bəzən qalın tüklər xanımlar üçün problem törədir, bunun çox sadə bir təmzlənmə üsulu var. Yarım stəkan sarıkök tozunun üzərinə xəmir kimi olana qədər qaynar su əlavə edin və bu maskanı qalın tüklərinizin üzərinə çəkin. 20-25 dəqiqə saxlayıb yuyun. Bunu gündə 1 dəfə istədiyiniz ölçünü alana qədər edin.
 
F.Hüseynov qeyd edib ki, sarıkök antioksidantlarla zəngindir və dəri üçün faydalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib