Daşkəsəndə “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir!” mövzusunda tədbir keçirilib
19.06.2022 10:20

Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir!” mövzusunda tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev açıb. Bildirib ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması, gənclərin sağlam ruhda tərbiyə olunması daim diqqət mərkəzində saxlanılır, xüsusən yeni nəsli sağlamlığa təhlükə törədən tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərdən qorumaq mühüm məsələlərdəndir.

 

Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmədova gənclərin inkişafı üçün sağlam həyat tərzi keçirməyin vacibliyini qeyd edərək, zərərli vərdişlərin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmağın əhəmiyətini qeyd edib.

 

Tədbirdə İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva paytaxtda və regionlarda sağlam həyat tərzinin təbliğinə dair keçirilən silsilə tədbirlərin önəmini vurğulayıb: “Səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında keçirilən tədbirlərdə sağlam həyat tərzi istiqamətində geniş təbliğat aparılır, izah olunur ki, evdə və işdə çəkilən siqaretlərin tüstüsü ürək-damar xəstəliklərinin 25-30 faiz artmasına səbəb olur”.

 

İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev diqqətə çatdırıb ki, zərərli vərdişlər qeyri-infeksion xəstəliklərin əsas risk amilidir: “Tütün məmulatları və narkotik istifadəçilərinin yaş həddində cavanlaşma müşahidə olunur. Unutmayaq, narkotik madələr bir tələdir, yeni nəsli bu tələdən qorumaq vacib məsələdir. Narkotikdən istifadə əsasən məhz yeniyetməlik dövrünə təsadüf edir. Odur ki, dünya ölkələri üzrə ictimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub”.

 

Tədbirdə qeyd olunub ki, zərərli vərdişlərə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir. Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməli, bu asılılıqdan əziyyət çəkənləri isə xilas etmək üçün onlara dəstək olmalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib