Bir qrup tibb işçisi Azərbaycan Ordusunun tibbi xidmətinə verdiyi töhfəyə görə təltif olunub
18.06.2022 21:38

Müdafiə Nazirliyinin Tibb İdarəsi və TƏBİB-in birgə təşkilatçılığı ilə bir qrup tibb işçisinin təltifolunması mərasimi keçirilib. 


TƏBİB-in struktur bölmələrində və tabeli tibb müəssisələrində fəaliyyət göstərən bir qrup şəxs hərbi qulluqçuların müalicə olunmasında Azərbaycan Ordusunun tibbi xidmətinə verdiyi töhfəyə görə Müdafiə Nazirliyinin Tibb İdarəsinin Fəxri fərmanları ilə təltif olunub.

 

Tədbirdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəhbər şəxsləri çıxış ediblər.

 

Qeyd edilib ki, tibb işçilərinin istər 44 günlük Vətən müharibəsində, istərsə də COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində əməyi təqdirəlayiqdir.

 

Hər iki cəbhədə xalqımızın və rəşadətli ordumuzun tibbi xidmətlərlə təmin olunmasında tibb işçilərinin fəaliyyəti yüksək qiymətləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub