Sumqayıtda icbari tibbi sığorta çərçivəsində 2526 vətəndaşa özəl tibb müəssisələrində xidmət göstərilib
18.06.2022 09:35

Sumqayıt şəhərində 2021-ci ilin aprelin 1-dən icbari tibbi sığorta tətbiq olunandan indiyədək 2526 nəfər şəhər əhalisinə icbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrində xidmət göstərilib.

 

Sumqayıt Tibb Mərkəzi tərəfindən verilən göndərişlər əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində müayinə və əməliyyatlar həyata keçirilib.

 

Onlardan 1045 nəfərə MRT (Maqnit Rezonans Tomoqrafiya), 770 nəfər angioqrafiya, 33 nəfərə EMQ (Elektromioqrafiya), 10 nəfərə elastrometriya (Qaraciyərin ultrasəs müayinəsi), 9 nəfərə Beratest (Eşitmə müayinəsi) müayinəsindən, 14 nəfər isə ilkin dializ prosedurundan keçmək üçün göndəriş verilib.

 

İcbari tibbi sığortanın tətbiq edildiyi vaxtdan indiyədək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına 90 nəfər Aorta-koronar şuntlama (Açıq ürək əməliyyatı), 62 nəfər stentləşmə, 126 nəfər böyrək, 243 nəfər göz, 9 nəfər beyin, 77 nəfər bel-oma, 21 nəfər diz və 17 nəfər anadangəlmə ürək qüsurundan (uşaqlarda Fallo tetradası) cərrahi əməliyyat olunub.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?