Tibb İşçilərinin Peşə Bayramı Günü Mərkəzi Gömrük Hospitalında qeyd olunub
17.06.2022 17:34
Mərkəzi Gömrük Hospitalında 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilmiş tədbir keçirilib.
 
Öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına ünvanladığı təbrik məktubu səsləndirilib. Məktubda Mərkəzi Gömrük Hospitalının dayanıqlı və nümunəvi fəaliyyəti ilə ölkəmizdəki səhiyyə ocaqları arasında qabaqcıl yerlərdən birini tutduğu vurğulanıb. Səfər Mehdiyev peşə bayramı münasibətilə tibb işçilərini təbrik edib, onlara uğurlar arzulayıb.
 
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında aparılan genişmiqyaslı səhiyyə islahatlarının milli səhiyyə sistemimizin sürətli inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb. Tibb Xidmət İdarəsinin, eləcə də onun Mərkəzi Hospitalının bu inkişafdan geri qalmadığını deyən Ceyhun Məmmədov bu uğurlu fəaliyyətin təşkilində hər bir əməkdaşın xüsusi rolu olduğunu vurğulayıb. O, çıxışının sonunda Tibbi Xidmət İdarəsinin və onun Mərkəzi Hospitalının əməkdaşlarını Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib, onlara şərəfli peşələrində uğurlar arzu edib.
 
Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov da tədbirdə çıxış edərək ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında təsis olunan bu əlamətdar günün tarixi barədə məlumat verib, Hospitalda göstərilən tibbi xidmətlərin uğurlu təşkilində əlaqələndirilmiş işin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, peşəkar tibbi xidmətlərin göstərilməsində əməyi olan hər kəsi peşə bayramı günü münasibətilə təbrik edib və bu fəaliyyətin davamlı olacağına inandığını qeyd edib.
 
Daha sonra tədbirdə Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının iş fəaliyyətini əks etdirən video-rolik nümayiş olunub.
 
Tədbirdə, eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalın Təcili tibbi yardım şöbəsinin rəisi Nərgiz Kərimova, Mərkəzi Gömrük Hospitalının Tibbi Yardımın Keyfiyyətinə Nəzarət şöbəsinin rəisi Şəlalə Həsənova, Mərkəzi Gömrük Hospitalının radioloqu Emin Məmmədov, Mərkəzi Gömrük Hospitalın Alqı-satqı və Təchizat şöbəsinin rəisi Rəşad Fərəcov, Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı Gülyaz Fərəcova da təbrik nitqi ilə çıxış ediblər. Onlar tibb işçilərinə göstərilən diqqət, qayğı və ehtimada görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova və Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədova dərin təşəkkürlərini bildiriblər.
 
Tədbirin sonunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva xidmətdə fərqlənərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illik Yubiley medalı”, “Gömrük xidməti əlaçısı” döş nişanı, növbəti xüsusi rütbəsi vaxtından əvvəl verilən, növbəti xüsusi rütbə tutduğu vəzifədən bir pillə yuxarı verilən, Fəxri Fərman və Dövlət Gömrük Komitəsinin Təşəkkürnamələri ilə təltif edilən əməkdaşların adlarını elan edib.
 
Ümumilikdə 91 nəfərin təltif olunduğu tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib