Sumqayıtda bir qrup tibb işçisi peşə bayramları münasibətilə şəhər icra hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunublar
17.06.2022 16:21
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Sumqayıtda tədbir keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da qatıldığı tədbirdə Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxova, millət vəkili Müşfiq Məmmədli, şəhərin səhiyyə müəssisələrinin rəhbərləri və tibb işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan STM-in direktoru Səkinə Sadıxova tibb işçilərini əlamətdar gün münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən hər il 17 iyun tarixinin ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı günü kimi qeyd olunduğunu deyib.
Direktor Sumqayıt şəhərində koronavirusla mübarizə tədbirləri çərçivəsində həkimlərimizin səy və əzimkarlığından bəhs edib. Vurğulayıb ki, son 5 ildə şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir edilib, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunub.
S.Sadıxova əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sosial layihə olan icbari tibbi sığortanın 2021-ci ilin aprelin 1-dən etibarən Sumqayıtda uğurla tətbiq edildiyinə diqqət çəkib.
"Sumqayıt şəhərində 2021-ci ilin aprelin 1-dən icbari tibbi sığorta tətbiq olunandan bu günədək 1 milyon 221 min 190 ambulator müraciət olub, o cümlədən 1 milyon 417 min 514 tibbi xidmət göstərilib. Eyni zamanda, 2526 nəfər şəhər əhalisinə icbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrində xidmət göstərilib. Bir vaxtlar vətəndaşlara 8- 10 min manat arası məbləğə başa gələn açıq ürək əməliyyatı artıq icbari tibbi sığortanın yaratdığı imkanlar hesabına ödənişsiz həyata keçirilir", - deyə STM-in direktoru bildirib.
O, işə qəbulla bağlı olan statistikanı da açıqlayıb. Bildirib ki, bu ilin ötən dövrü ərzində Sumqayıt Tibb Mərkəzinə (STM) 215 nəfər işə qəbul edilib. Yeni işə qəbul edilənlərdən 48 nəfəri həkim, 34 nəfəri orta tibb heyətidir. 133 nəfər isə digər işlərlə təmin olunublar. İşə qəbul edilənlərdən böyük əksərriyyəti şəhid və qazi ailələrinin üzvləridir.
Daha sonra 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Arzu Bəndəliyeva və Əməkdar həkim Vaqif Qəhrəmanov çıxış edərək son illər ölkəmizdə tibb sahəsində əldə olunan uğurlardan danışıblar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Zakir Fərəcov vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Onun sözlərinə görə, son illər ərzində Sumqayıt şəhərində də əksər tibb müəssisələri əsaslı təmir olunub.
İcra başçısı tibb işçilərinin 44 günlük Vətən müharibəsində və pandemiya ilə mübarizədə də əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırıb.
Tədbirdə bir qrup tibb işçisi şəhər icra hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunub.
Bu bölməyə aid digər xəbərlər
Pediatr alimin 53 illik fəaliyyəti yüksək qiymətləndirilib
24.10.2026 | 09:30
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

