ATU-nun Tədris Terapevtik Klinikasında Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
17.06.2022 15:21
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
 
Klinikanın direktoru, professor Surxay Musayev çıxış edərək, rəhbərlik etdiyi tibb müəssisəsinin əməkdaşlarının timsalında bütün səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik edib, onlara cansağlığı və tutduqları bu şərəfli yolda uğurlar arzulayıb.
 
Əlamətdar günün yaranma tarixindən danışan Surxay Musayev bildirib ki, 1918-ci ilin 17 iyun tarixində ilk dəfə olaraq Azərbaycanda Səhiyyə Nazirliyi təsis olunub. Bunu əsas götürən ümumilli lider Heydər Əliyev 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
 
Direktor səhiyyənin inkişafından, eləcə də ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə tibb sahəsinə ayırdığı diqqət və qayğısından bəhs edib. Bildirib ki, son 15 ildə Azərbaycan Tibb Universitetində 4 böyük klinikanın - Onkoloji, Stamotoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarının fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Həmçinin ölkədə yeni tibb ocaqlarının yaradılması, köhnələrinin əsaslı təmir olunması da səhiyyəyə göstərilən qayğının təzahürüdür.
 
Daha sonra klinika əməkdaşlarına Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev tərəfindən imzalanmış Fəxri fərman və Təşəkkürnamələr təqdim ediıib.
 
Həmçinin profesor Gəray Gəraybəylinin Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbriki əməkdaşların diqqətinə çatdırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib