Tibb elmləri üzrə müzakirəyə çıxarılan tədqiqat işlərindən 10-u təsdiqlənib  
17.06.2022 11:46

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının Tibb işçi qrupu ilə birgə iclası keçirilib.

 

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

 

İclasda tibb üzrə 15 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları AMEA-nın müxbir üzvü Nuru Bayramov, t.e.d. Rasim Cəfərli və t.ü.f.d. Aynur Safıyeva tərəfindən təqdim edilib.

 

Müzakirələrdə AMEA-nın müxbir üzvü İlham Şahmuradov, t.e.d., prof. Eldar Qasımov, t.e.d., prof. Valeh Mirzəzadə,  t.e.d., prof. Emma Ağayeva, t.e.d., prof. Nizami Bağırov, t.e.d. Sayman Qədimova, b.e.d., prof. Səyyarə İbadullayeva, b.e.d., prof. Rövşən Xəlilov və başqaları fəal iştirak ediblər.

 

Müzakirəyə çıxarılan 10 iş bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, 5 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

 

Qeyd edək ki, aparılan müzakirələrdə, həmçinin iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri də iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib