Azərbaycanın səhiyyə naziri ÜST rəhbəri ilə görüşüb
17.06.2022 11:16

Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

 

Aztibb.az-a bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Ölkəmizə səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə ÜST-nin baş direktoruna təşəkkürünü bildirən Teymur Musayev COVID-19 pandemiyasına qarşı mübarizədə nüfuzlu səhiyyə təşkilatının Azərbaycanla uğurlu əməkdaşlığını, eyni zamanda qurumun verdiyi tövsiyələrin vacibliyini vurğulayıb.

 

Azərbaycana səfərindən məmnunluğunu bildirən Tedros Adhanom Qebreyesus COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib.

 

O, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini və Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.

 

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub