Əli Əsədov ÜST rəhbəri ilə görüşüb
17.06.2022 00:35

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 16-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Forumun dünya miqyasında aktual məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrildiyi bildirilib.

 

Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı ara­sında səmərəli əməkdaşlığın olduğu məmnunluqla qeyd edilib.

 

Görüşdə Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahat­lar barədə söhbət açılıb. Bildirilib ki, Prezident tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasıdır.

 

Baş nazir Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi da­vamlı dəstəyə görə təşəkkürünü bildirib.

 

Pandemiya ilə mübarizə istiqamətində Azərbaycanda görülən işlərdən bəhs edildi, ölkəmizdə xəstəliyin ilk günlərindən infeksiya­nın qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən zəruri və ardıcıl tədbirlərin görüldüyü vurğulanıb. Bil­dirilib ki, bu gün Azərbaycanda CO­VID-19 ilə bağlı vəziyyət çox müsbətdir, məhdudiyyətlər tədricən aradan qaldı­rılır, hazırda çox az sayda məhdudiyyət qalıb.

 

Eyni zamanda, COVID-19 ilə mübarizə sahəsində Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan birbaşa və ya Ümumdün­ya Səhiyyə Təşkilatı vasitəsilə 80-dək ölkəyə maliyyə və humanitar yardımı göstərib.

 

Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının korona­virus xəstəliyinə qarşı mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurası­nın fövqəladə Zirvə görüşünün keçirildiyi qeyd edilib.

 

Bununla yanaşı, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyi vurğulan­ıb.

 

Həmçinin “vaksin millətçiliyi” və vaksinlərdən istifadə ilə bağlı qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyi qeyd edilib.

 

Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına bütün sahələrdə, o cümlədən maliyyə sahəsində etdiyi yardımı yüksək qiymətləndirib.

 

Pandemiyanın başladığı dövrdən Azərbaycanın xəstəliklə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

 

Görüşdə, həmçinin Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib