FHN Akademiyasında zərərli vərdişlərə qarşı mübarizə mövzusunda tədbir keçirilib
16.06.2022 12:53

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Aztibb.az İSİM-ə istinadla bildirir ki, zabit və kursantların iştirakı ilə təşkil olunan tədbirin məqsədi gənc nəsli sağlam həyat tərzi istiqamətində maarifləndirmək, qeyri-infeksion xəstəliklərin əsas risk faktoru olan tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərin təhlükəli fəsadları barədə onlara ətraflı məlumat vermək idi.

 

Tədbirdən sonra İSİM tərəfindən kursantlar üçün “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici aksiya təşkil olunub. Aksiya iştirakçılarına bir daha sağlam həyat tərzinin üstünlükləri və zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri barədə məlumat verilib.

 

Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkilib, akademiyanın kursantı Yulət Əsgərovun çəkdiyi rəsm nümayiş olunub, iştirakçılara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib