Mərkəzi Gömrük Hospitalında İsrailin Səhiyyə Nazirliyinin nümayəndəsi ilə görüş keçirilib
16.06.2022 15:27
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “İsrail Tibb Günü” çərçivəsində Azərbaycana səfər edən İsrail Dövlətinin Səhiyyə Nazirliyinin şöbə mudiri İzabella Karakas ilə Mərkəzi Gömrük Hospitalında görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və rəis müavini İsmayıl Əfəndiyev iştirak ediblər.
 
Aztibb.az xəbər verir ki, “İsrail Tibb Günü” missiyasının ölkələrarası əlaqələrin inkişafına, bu sahədə əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verəcəyini bildirən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Mərkəzi Gömrük Hospitalında icra olunan unikal əməliyyatlar, eyni zamanda COVİD-19 pandemiyası dövründə görülən işlərdən ətrfalı məlumat verib. Ceyhun Məmmədov qeyd edib ki, İsrailli həkimlərin hazırkı missiyası son dərəcə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu cür tədbirlərin keçirilməsi hər iki ölkənin həkim və tibb işçilərinin bilik və bacarıqlarının artırılması, təcrübə qazanması baxımından təqdirə layiqdir.
 
İsrailin Səhiyyə Nazirliyinin nümayəndəsi İzabella Karakas tibb sahəsində əldə olunan nailiyyətlər, ölkələrimiz arasında sıx əməkdaşlıq və bu missiya çərçivəsndə Azərbaycanda həyata keçirdiklər tədbirlər barədə ətraflı məlumat verib. Həmçinin, İzabella Karakas ətraf mühitin epidemioloqu kimi apardığı tədqiqatlar, uşaqların sağlamlığı, o cümlədən uşaqlarda ana bətnində yaranan ilkin problemlərdən danışıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib