Prezident İlham Əliyev ÜST-nin Baş direktorunu qəbul edib  
16.06.2022 17:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

 

"Report" xəbər verir ki, görüşdə dövlətimizin başçısı Azərbaycana səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoruna təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana verdiyi tövsiyələrin və ölkəmizlə əməkdaşlığın yüksək qiymətləndirildiyini qeyd etdi.

 

Tedros Adhanom Qebreyesus Azərbaycana səfərindən məmnunluğunu bildirdi və COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyətə görə təbriklərini çatdırdı, eyni zamanda, pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi könüllü maliyyə töhfələrinə və dəstəyinə görə təşəkkürünü bildirdi.

 

Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini və Anlaşma Memorandumunun imzalandığını vurğuladı.

 

Dövlətimizin başçısı Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü, vəziyyətin tam nəzarətdə saxlanıldığını, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını qeyd etdi. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizə aparılmasına dair dövlətimizin siyasətinin vətəndaşlar tərəfindən böyük etimadla qarşılandığını və əhalinin pandemiya ilə mübarizə qaydalarına riayət etməsini məmnunluqla bildirdi. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərimizdə səhiyyə infrastrukturunun qurulması layihələri ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın vacibliyini qeyd etdi.

 

Tedros Adhanom Qebreyesus Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi uğurlara görə bir daha təbriklərini çatdırdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub