Anadangəlmə ürək qüsurlu və pnevmaniya ilə doğulan körpənin həyatı xilas edilib - Kliniki Tibbi Mərkəzdə
18.06.2022 11:59

Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 31 may 2022-ci ildə doğulan körpə (oğlan) 14 günlük mübarizədən sonra həyata qaytarılıb.

Aztibb.az xəbər verir ki, ananın hamiləlik dövründə ağır koronavirus infeksiyasına yoluxması, eləcə də körpənin ürəyində VSD (Ventikular Septal Defekt) və ağciyərlərində pnevmaniya aşkarlandığından doğuşdan dərhal sonra körpə süni tənəffüs aparatına qoşularaq xüsusi nəzarətə götürülüb.

İlk gündən Mərkəzin Yenidoğulmuşların Reanimasiyasına köçürülən və burada süni ventilyasiya aparatında olarkən dəfələrlə vəziyyəti pisləşən, ölümlə üzləşən körpəni həkimlər bütün mümkün tibbi müdaxilələrdən istifadə etməklə həyatda saxlaya biliblər.

Təxminən 2 həftəlik mübarizədən sonra nəhayət ki, körpə kritik vəziyyətdən çıxarılıb və süni nəfəs aparatından ayırılıb. Aparılan müayinə və müalicələrin nəticəsi olaraq, hazırda körpənin vəziyyəti kafidir. Oksigenə ehtiyacı yoxdur və sərbəst qidalanır.

Qeyd edək ki, körpə ailənin 3-cü doğulan övladıdır. Ailədə 2-ci hamiləlik zamanı da doğulan körpədə anadagəlmə ürək qüsuru olub və 14 gündən sonra dünyasını dəyişib. Eyni aqibətlə bu dəfə də üzləşmələrinə baxmayaraq, tibb elmi və həkimlər buna imkan verməyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub