“Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru” mövzusunda panel diskussiyası keçirilib
15.06.2022 10:54

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan tibb tarixində Heydər Əliyev faktoru” mövzusunda panel diskussiyası keçirilib.

 

TƏBİB-dən bildiriblər ki, tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə rəhbəri, professor Əliniyaz Məmmədov, TƏBİB-in və tabeli tibb müəssisələrinin struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.

 

Əvvəlcə Heydər Əliyevin Suraxanı rayonunda yerləşən büstü önünə gül dəstələri düzülüb.

 

Açılış mərasimində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və Milli Məclisin deputatı Etibar Əliyev çıxış edərək bildiriblər ki, müstəqil Azərbaycan tibb tarixinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin tibb elminin və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlayıb.

 

Çıxışlarda Ulu Öndərin hər zaman tibb işçilərinə böyük qayğı göstərdiyi, rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verildiyi, nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə tibbi xidmətlərə əlçatanlılığın təmin edildiyi bildirilib.

 

Panel diskussiyanın ikinci hissəsində TƏBİB-in Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin müdiri Emil İskəndərovun müəllifi olduğu “Orqan transplantasiyası” kitabının təqdimatı olub. Kitabda ilk səviyyə tibbi yardım mütəxəssisləri tərəfindən transplantasiyaya ehtiyacı olan xəstələrin erkən aşkarlanması, müvafiq müayinələrin aparılması və diaqnozunun dəqiqləşdirilməsi, həmin xəstələrin ixtisaslaşdırılmış mərkəzlərdə çalışan mütəxəssislərə yönləndirmə qaydaları əksini tapıb. Kitabın əsas missiyası daxili orqanların transplantasiyasına dair vacib və xüsusi əhəmiyyət kəsb edən məlumatların oxucuya çatdırılmasından ibarətdir.

 

Eyni zamanda, tibbi xidmətin təşkilində səmərəli fəaliyyətinə və Suraxanı rayonunun ictimai həyatında fəal iştirakına görə 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə rayonda fəaliyyət göstərən tibb müəssisələrində çalışan bir qrup tibb işçisi təltif edilib.

 

Suraxanı Tibb Mərkəzinin direktor müavini Rübabə Yaqubova və 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Vidadi Bayramov tibb işçilərinin adından çıxış edərək yaradılmış şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib