Göygöl Rayon Mərkəzi Xəstəxanasının baş həkim Eldar Muradov vəfat edib
14.06.2022 15:22
“Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini, baş həkim Eldar Muradov bu gün vəfat edib.
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat daxil olub.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və TƏBİB-in kollektivi Eldar Muradovun vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
E.Muradov 3 may 1957-ci ildə anadan olub. 1975-1981-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb və oranı fərqlənmə ilə bitirib. 1979-1980-ci illərdə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasında və Respublika Kliniki Xəstəxanasında sanitar və feldşer vəzifəsində işləyib. 1981-1982-ci illərdə Gəncə şəhər 1 nömrəli Uşaq Xəstəxanasında internatura təhsili alıb.
1982-1983-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasında, 1983-1994-cü illərdə rayonun Balçılı kənd xəstəxanasında həkim-pediatr, 1994-cü ildən etibarən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışıb.
1986-cı ildə Kiyev Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, 1991, 1997, 2001-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Pediatriya üzrə təkmilləşdirmə kursu keçib.
1988-ci ildə Moskva şəhərində Həkimlərin Ümumittifaq Qurultayının, 1997-ci ildə Bakı şəhərində Türk Dövlətləri Pediatrların Qurultayının iştirakçısı olub. 2002-ci ildə poliomielit xəstəliyinin ölkədə ləğv edilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının gümüş medalı ilə təltif edilib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

